Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş — Baş infeksionist

Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş — Baş infeksionist


İki həftəlik sərt karantin rejimi koronavirusa yoluxanların sayının azalması və xəstəxanaların yükünün normaya düşməsi baxımından vacibdir.

"Azvision.az" xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, gündəlik yoluxma göstəricilərində artım tempi müşahidə edilir: “Sərt karantinlə insanlar arasında yoluxmanın sayının azalmasına nail olmaq istəyirik. Məqsəd budur. Sərt karantin rejimində yoluxanların sayının nə qədər olması iki həftəyə bilinəcək. Nəticə insanların özündən asılıdır. Vətəndaşlarımız tövsiyələrə əməl edərlərsə, maska taxarlarsa, istədiyimiz nəticəni əldə edə bilərik”.

C.İsayev bildirib ki, xəstəxanalar kifayət qədər koronaviruslu xəstələrlə dolub: “Bunun öhdəsindən hələlik gəlinir. Lakin vəziyyət bundan ağır olarsa, o zaman işimiz çətinləşəcək. İnsanlar arasında ictimai qınaq olmalıdır. Bu olarsa, maskadan istifadə edənlərin sayı artır. Lakin hazırda ictimai qınaq, demək olar ki, yoxdur. İnsanlar "daş məndən keçdi, kimə dəydi, dəydi" deyə fikirləşir”.

Baş infeksionist qeyd edib ki, sərt karantin rejiminin tətbiq edilməsinin məqsədi insanlar arasında təmasın olmaması və infeksiyanın yayılmasının qarşısının alınmasıdır: “Yenə deyirəm ki, buna nə qədər əməl edilməsi insanlardan asılıdır. Dövlət lazım olan bütün işləri görür. Lakin təəssüf ki, bir çox insanlar buna əməl etmir. Onlar qaydalara əməl etmirsə, dövlət nə etsin?

Dövlət kifayət qədər tədbirlər görür, vəsait ayırır. Həkimlərimiz gecə-gündüz xəstələrin sağlamlığının keşiyində durur, yorulmadan, hətta yorğun olsalar belə işləyirlər. Yoluxma hallarının artmasına rəğmən qaydalara əməl etməyən insanlar var, xüsusən gənclər çoxluq təşkil edir. Hamı bunu görür, lakin qınaq yoxdur. Vətəndaşlarımızdan çox şey asılıdır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər