400-ə yaxın gəncin iştirakı ilə onlayn forum keçirilib

400-ə yaxın gəncin iştirakı ilə onlayn forum keçirilib


28 iyunda Sabunçu Gənclər Evinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə “Gənclərin Motivasiya Forumu” keçirilib.

Onlayn keçirilən forumda 400-ə yaxın gənc iştirak edib.

“Gənclərin Motivasiya Forumu”nun keçirilməsində məqsəd – gənclərin uğura təşviqi, peşəkar motivatorlar vasitəsilə gənclərdə yaranmış ruh düşkünlüyünün aradan qaldırılması, şəxsi nizam-intizam vərdişlərinin formalaşdırılması, karantin müddətində gənclərin sosial və fərdi inkişafına təkan verməkdir.

Forumda Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova, “KarnegiKlub”un rəhbəri, Biznestəlimçi və Couch Nəcəf Allahverdiyev, Etika Akademiyasının rəhbəri və təsisçisi Günel İbrahim, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini Anar Məmmədov, Türkiyənin məşhur motivator və təlimçiləri əkiz qardaşlar Mustafa və Kamal Altıntaş çıxış edib.

“Gənclərin Motivasiya Forumu” zamanı spikerlər gənclərlə fikir mübadiləsi aparıblar. Günel İbrahim “Krizisdə uğur hekayələri”, Mustafa və Kamal Altıntaş “Gələcək sizinlə gələcək”, Nəcəf Allahverdiyev “Motivasiya və baxış bucağı”, Anar Məmmədov “Fərdi inkişafda motivasiya” mövzularında çıxış ediblər. Eyni zamanda forum çərçivəsində viktorinalar keçirilib, qaliblər açıqlanıb. Sonda bütün iştirakçılar sertifikatla təltif ediliblər.

Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.


400-ə yaxın gəncin iştirakı ilə onlayn forum keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər