Tərtərin icra başçısı COVID-19-a yoluxması barədə xəbərlərə aydınlıq gətirdi

Tərtərin icra başçısı COVID-19-a yoluxması barədə xəbərlərə aydınlıq gətirdi


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVID-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib.
Bu barədə icra başçısının özü "Report"a bildirib.

M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə xidmət edir, cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm".

Qeyd edək ki, Tərtər rayonundan olan deputat Sahib Alıyev koronavirusa yoluxub.

Tərtərin icra başçısı COVID-19-a yoluxması barədə xəbərlərə aydınlıq gətirdiБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər