Bu gün həyatımızı xilas edən qəhrəmanların, “ağxalatlı”ların günüdür

Bu gün həyatımızı xilas edən qəhrəmanların, “ağxalatlı”ların günüdür


Özümüzü narahat hiss etdiyimiz də ilk olaraq onlara- həkimlərə müraciət edirik. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Son zamanlar həkimlərin çiyinlərinə daha ağır yük düşüb. Onlar dünyanı cənginə alan koronavirus bəlası ilə mübarizə aparır. Onlar gecələrini gündüzlərinə qatıb, öz sağlamlıqlarını təhlükəyə ataraq bu gözəgörünməz virusla vuruşurlar. Bir çox həkimlər virusun qurbanı olub, bir çoxları xəstəxanalardadır.

Həkimlər hər an ölüm təhlükəsi ilə üz-üzə olduqlarına baxmayaraq, fədakarcasına bu yolda mübarizələrini davam etdirirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın ən əsas hüquqlarından hesab edilir.

Azərbaycanda tibbin inkişafı XX əsrin əvvəllərindən başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığı mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.

İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu. Yeni təşkil olunmuş nazirliyin qarşısında o vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərin qarşısını almaq, xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr dururdu.

Bu məqsədlə Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün göndərdiyi 100 nəfər istedadlı gənc arasında həkimlik ixtisasına yiyələnənlər də var idi. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığı keşiyində duran minlərlə səhiyyə işçisi vardır.

Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Ölkədə tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil edir.

Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Fond diabetli, talassemiyalı xəstələrə qayğı göstərilməsində və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər