Daha 2 ölkə koronavirusla vidalaşdı

Daha 2 ölkə koronavirusla vidalaşdı


Dünyanın daha iki ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

Kamboca və Eritreyada infeksiyaya yoluxmuş bütün xəstələr sağalıb.

Qeyd edək ki, Kambocada 122, Eritreyada isə 39 nəfərdə COVID-19 qeydə alınmışdı.

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kamboca və Eritreyanı koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Surinam, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya və Şərqi Timorda koronaviruslu xəstə qalmayıb.

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb. /Modern.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər