“20 Yanvar”ın bu çıxışının istiqaməti dəyişdirilir

“20 Yanvar”ın bu çıxışının istiqaməti dəyişdirilir


Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədilə aparılan işlər çərçivəsində “20 Yanvar” metrostansiyasının Azərsu ASC-nin inzibati binasının qarşısındakı çıxışının istiqaməti dəyişdirilir.

Aparılan işlərlə əlaqədar ASC-nin qarşısında quraşdırılan kiçik fontan söküləcək. Sərnişinlər artıq Azərsu ASC-nin qarşısına tərəf çıxacaqlar.

Metronun bağlanan çıxış hissəsi vasitəsilə isə yol genişləndiriləcək. Bu, “Şamaxinka” ərazisindən “20 Yanvar” istiqamətində hərəkət edən avtomobillərin tıxaca düşmədən üzü Respublika Kliniki Xəstəxanasına tərəf rahat hərəkət etməsinə şərait yaradacaq. (axar.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər