Problemin həlli dövlətin yeganə mənbəyi olan xalqın öz Liderinin ətrafında sıx birləşməsindədir

Problemin həlli dövlətin yeganə mənbəyi olan xalqın öz Liderinin ətrafında sıx birləşməsindədir


Azərbaycan Uşaq Fondunun idarə heyyətinin sədri Aqil Məhərrəmovun Gununxeberi.az saytına müsahibəsi

- Aqil müəllim, qlobal pandemiya elan olunmuş koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

- Bəşəriyyət qlobal pendemiya, koronavirus infeksiyası ilə üz-üzə dayanmışdır. Bu görünməmiş fəlakətdən qurtulmaq fədakarlıq tələb edir. Bunun həlli isə dövlətin yeganə mənbəyi olan xalqın onun Liderinin ətrafında sıx birləşməsindən asılıdır. Sevindirici haldır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində dövlət və cəmiyyət monolit bir birliyə sahib olmuşdur. Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə bir çox ölkələr üçün örnəkdir. Bir Azərbaycan vətəndaşı olaraq, yaşından və vəzifəsindən asılı olmayaraq xalqıma müraciət edirəm. Elan olunmuş “Özünütəcrid” və “Evdə qal” kampaniyaları böyük bir fəlakətin qarşısını almaqdan xəbər verir. Özümüzü təcrid edək ki, bu ağır fəlakəti ucuz adladaq. Millətimizin gələcəyi hər birimizin əlindədir. Bir olaq ki, Azərbaycan daha da möhkəmlənsin, daha da böyüsün!

- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı tarixi çıxışı özünün güclü dövlətçilik təcrübəsi, siyasi əqidə bütövlüyü, siyasi məsuliyyəti, siyasətinin fəlsəfi əsasları ilə Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və demokratik dövlətimizdə insanların hüquq və azadlıqları, iqtisadi firavan həyatın bərqərar olduğu, milli, dini, irqi və etnik ayrı-seçkiliyin olmadığı, insanların təkamülü və əqidəsinə görə təqib edilmədiyi müasir sivilizasiyalı cəmiyyətin və vahid Azərbaycan dövlətinin uğurla inkişaf etdiyini bütün dünyaya bir daha elan etdi. Öz çıxışında dövlət başçımız qeyd etdi ki, ölkədə yeni siyasi dövrün başlanması iqtidar-müxalifət dialoqunun daha mütərəqqi, daha demokratik müstəvidə hərəkət etməsinə bir vəsilədir.

Prezident Administrasiyasında yeni yaradılmış "Siyasi partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr" şöbəsinin yaradıldığı ilk gündən Ölkə prezidentinin apardığı siyasi xəttə uyğun olaraq siyasi partiya rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi, onların fəaliyyətində olan müəyyən çətinliklərin aradan qaldırılması, verilən təkliflərin diqqətlə öyrənilməsi, əsasəndə azərbaycançılıq fəlsəfəsinin ön plana çəkilməsi daha mütərəqqi siyasətin təzahürüdür. Qanunvericilik və demokratik institutların inkişaf etdirilməsində xüsusi fəallıq hiss olunur.

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

- Azərbaycanda yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış partiyaların təmsil olunması ölkəmizdə bərqərar olmuş demokratik prinsiplərin təzahürüdür.

Ümüdvaram ki, Milli Məclis xalqımızın demokratik dəyəri olan milli irsi dəyərlərinə daha önəm verəcək ki, azadlığın, ədalətin və sosial rifahın əsasını təşkil edən insan hüquqları daima qorunsun.

Milli Məclisə və onun üzvülərinə çətin, lakin şərəfli işlərində uğurlar diləyirəm!

Ayaz Həsənov Gununxeberi.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər