Azərbaycanlı aparıcının bu sözləri sosial şəbəkənin gündəminə düşdü — VİDEO

Azərbaycanlı aparıcının bu sözləri sosial şəbəkənin gündəminə düşdü — VİDEO


Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə artıq sosial aksiyaya çevrilmiş #evdəqal çağırışına daha bir məşhur sima qoşulub.

Oxu.az xəbər verir ki, xəbər verir ki, Azərbaycan Televiziyasının “Xəbərlər” proqramının aparıcısı Mümtaz Xəlilzadə efirdən tamaşaçılara səslənib. Gənc diktor “Xəbərlər”in növbəti buraxılışını bu sözlərlə tamamlayıb:

“Hörmətli tamaşaçılar, bizi izləməyə davam edin. Əmin ola bilərsiniz ki, evdə oturub televizora baxmaq, reanimasiyada uzanıb tavana baxmaqdan daha yaxşıdır. Salamat qalın, ən əsası sağlam qalın”.

Aparıcının bu çağırışı sosial şəbəkələrdə sürətlə yayılaraq müzakirələrə səbəb olub və həmkarları tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Mümtaz Xəlilzadə bir sıra rəsmi dövlət tədbirlərinin və Azərbaycan Televiziyasının efirində yayımlanan intellektual verilişlərin aparıcısı olub

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər