“Bu qorxulu virus olsa da, ajiotaja ehtiyac yoxdur” — Deputat

“Bu qorxulu virus olsa da, ajiotaja ehtiyac yoxdur” — Deputat


Azərbaycanda epidemoloji vəziyyətlə bağlı qanunları pozan insanlara qarşı təsirli addımlar atmalıdır.
Bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bununla bağlı Milli Məclisin 5 komitəsinin iştirakı ilə bağlı dinləmə keçirilib. “Vəziyyətlə bağlı TƏBİB İdarə heyətinin sədri Ramin Bayramlı koronovirusla bağlı görülən işlər və ümumi vəziyyət barədə geniş məlumat verib. Bəlli oldu ki, koronavirusla bağlı Azərbaycanda genişmiqyaslı, kompleks addımlar atılıb. Bununla bağlı ən müasir tibbi avadanlıqlar, tibbi ləvazimatlar alınıb”- komitə sədri deyib.

O əlavə edib ki, bu sahədə kadr çatışmazlığı olsa da, bu istiqamətdə ciddi işlər görülməkdədir: “Hazırda bu sahədə xaricdə çalışan həkimlərin ölkəmizə gətirilməsi istiqamətində işlər gedir və bu öz bəhrəsini verməkdədir.

Bundan əlavə olaraq koronavirusa yoluxmanı qısa zamanda aşkar etmək üçün müasir laboratoriyalar alınaraq gətirilib. Hazırda gün ərzində həmin laboratoriyalarda bir neçə min insanı ən qısa zamanda laborator müayindən keçirmək imkanı var”.

Komitə sədri onu da əlavə edib ki, hazırda Azərbaycan bu virusa 27 nəfər yoluxub və onlardan biri dünyasını dəyişib, 7 nəfəri isə sağalıb. “Bu qorxulu virus olsa da, ajiotaja ehtiyac yoxdur”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər