Qriqoryan Əliyevin darmadağın etdiyi Paşinyanı söydü: “Bu, fiaskodur, “bratan”

Qriqoryan Əliyevin darmadağın etdiyi Paşinyanı söydü: “Bu, fiaskodur, “bratan”


“Nə deyirsinizsə, deyin, Azərbaycan Prezidenti hazırlıqlı və bacarıqlı siyasətçidir”.

Bu barədə erməni şərhçi Qalust Qriqoryan Münhendə Azərbaycan və Ermənistan rəhbərlərinin debatı zamanı İlham Əliyevin Nikol Paşinyanı darmadağın etməsinə münasibət bildirərkən deyib.

Erməni şərhçi qeyd edib ki, bütün Ermənistan çox şeydə olduğu kimi, bu məsələdə də Nikol Paşinyanın İlham Əliyevlə mübahisədə lazımi arqumentləri tapacağına inanırdı: “Əlbəttə, bunu etməyin çətin olduğunu da aydın idi. Çünki Azərbaycan Prezidenti hazırlıqlı siyasətçidir. Biz gördük ki, Paşinyan sadəcə cansıxıcı idi. Hətta zalın alqışlarını da toplamağı bacarmadı. Məsələ təkcə onun ingilis dilində bərbad danışması da deyil. Paşinyan Əliyevlə debatda hazırlıqsız olduğunu göstərdi, hətta Şaumyan rayonunun Dağlıq Qarabağın tərkibində olduğuna dair başdansovdu fikri ilə özünü bitirdi. Bütün arqumentlər göstərdi ki, bizim baş nazirin bazası zəifdir. Bəli, bu yalnız debatda məğlubiyyətdir və danışıqların gedişinə təsir etməyəcək. Lakin belə debatda münaqişə tərəfləri dünya ictimaiyyətində fikir formalaşdırırlar. Əfsuslar olsun ki, bundan sonra beynəlxalq ictimaiyyətin fikri Ermənistanın xeyrinə olmayacaq”.

Qalust Qriqoryan sonda Paşinyana xitabən “Bu, fiaskodur, “bratan” deyə səslənib. (publika.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər