Azərpoçt”un 3 saylı filialının 2 saylı poçt şöbəsində nələr baş verir?

Azərpoçt”un 3 saylı filialının 2 saylı poçt şöbəsində nələr baş verir?


Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin 3 saylı filialının 2 saylı poçt şöbəsinə müdirlik edən Səhərnaz Vəkilova, şöbəyə üz tutan müştərilərin yanında işçilərinə ağzından çıxan hər nəlayiq ifadələri işlədir. Belə bir halın varlığı da, çoxsaylı müştərilərin narazılıqlarının ifadə etmələrinə səbəb olur. Onu da bildirək ki, 3 saylı filialın müdiri Emil Kərimli adlı şəxsdir və onun əvvəllər bank sektorunda çalışdığı söylənilir. Yayılan şifahi məlumatlara görə, Emil Kərimli çalışdığı sahədə qol qoyduğu bəzi nöqsanlara görə, çox keçmir ki, daşıdığı vəzifəsindən uzaqlaşdırılır. Görəsən “Azərpoçt” MMC-nin 3 saylı filialına rəhbərlik edən Emil Kərimli, Səhərnaz Vəkilovanın atdığı addımlara niyə göz yumur və cənab Ramin Quluzadənin baş verənlərdən xəbəri varmı?

P.S.Bu və ya digər olaylar haqda müəyyən araşdırmalar aparıb, hər kəsi həm yaşananlarla bağlı, həm də müəyyən səsyazısı ilə xəbərdar etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Nyus.AzБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər