Deputat evdar qadınların vergi ödəməsini tələb edir: “Borş 200…”

Deputat evdar qadınların vergi ödəməsini tələb edir: “Borş 200…”


Evdar qadınları da vergiyə cəlb etmək lazımdır.

Bu fikri rusiyalı deputat  Sergey Vostretsev təklif edib.  Deputat bildirib ki, əmək qabiliyyətli 20 milyona yaxın insan vergidən yayınır: “Halbuki onların ödədiyi vəsait dövlət büdcəsinə trilyonlarla rubl əlavə gəlir verə bilər.Əmək Nazirliyi 29 milyon insanı tapa bilmir. Nədir, onların uşağı yoxdur, özləri yoxdur, heç yerlərindən tərpənmirlər? Gəlin, onlara baxaq!”

Deputat bildirib ki, nazirlik bu məsələyə aydınlıq gətirməyə söz versə də, alınmayıb: “Özünüməşğulluq haqqında” Qanunun qəbulundan sonra ondan ancaq 20 min insan yararlanıb. Baxaq, görək daha nə qədər adam kölgədən çıxacaq. Fakt budur ki, onlar heç bir qrupa daxil deyillər- əlillikləri yoxdur,  oxumurlar, təqaüdçü deyillər, işsiz deyillər, çoxuşaqlı ana deyillər. Ancaq poliklinikalarda güzəştlərdən yararlanmaq üçün birinci onlar qaçır”. 

Deputatın fikrincə, bu şəxslər də sösial ödənişləri həyata keçirməlidirlər: “Sonra da şikayətlənirlər ki, müəllim və həkimlərin maaşı azdır. Əgər əhalinin üçdə biri vergi vermirsə, az olacaq. Bu dövlət deyil, nəsə qarmaqarışıq bir şeydir”.

Deputatın çıxışı cavabsız qalmayıb. Rusiyalılar maraqlı təkliflərlə qarşılıq veriblər.

““Bomj”lardan vergi tutun, ərlər isə evdə işləyən arvadlarına maaş versinlər. Bundan sonra isə kassa aparatı qoyulsun- borş 200 rubl, seks 2000 rubl”,– deyə sosial şəbəkə istifadəçilərindən biri yazıb.    /Cebhe.info/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər