GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHANLARI UĞURLA DAVAM EDİR

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHANLARI UĞURLA DAVAM EDİR


Bu gün Gəncə Dövlət Universiteti özünün inkişaf dövrünü yaşayır. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda elmə və təhsilə böyük diqqət və qayğı göstərib. Bu gün isə Prezident cənab İlham Əliyev tərəfindən elm və təhsilin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Təhsil nazirliyi tərəfindən həyata keçirilən layihələr, aparılan uğurlu islahatlar isə təhsildə keyfiyyət göstəricilərinə müsbət təsir göstərir.

lkə Başçısı tərəfindən milli təhsilin dünya təhsili səviyyəsinə yüksəldilməsi üçün bir sıra islahatlar həyata keçirilib, bu sahənin hərtərfli inkişafına böyük məbləğdə vəsait ayrılıb. Belə ki, Ölkə Başçısı tərəfindən universitetin kitabxana və tələbə şəhərciyinin yenidənqurulması üçün 8 milyon manat vəsait ayrılıb. Təxminən bir aydan sonra Gəncə Dövlət Universitetinin yeni kitabxana və yataqxanaları istifadəyə veriləcək.

Hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, habelə gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncama əsasən, ali məktəblərdə müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması ilə 2019-2020-ci tədris ilində təqaüd alan tələbələrin ümumi sayına olan nisbəti 45 faizə çatdırılıb.

Azərbaycanın bugünkü inkişafı, çiçəklənməsi, qüdrətlənməsi, müasir məmləkətə çevrilməsi Heydər Əliyev siyasətinin həyata keçirilməsinin bilavasitə nəticəsidir. Həm Heydər Əliyev siyasətinin, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında insan amili dayanır. Bütün əldə edilən uğurlar yalnız bir məqsədə – Azərbaycan vətəndaşının həyatını daha da yaxşılaşdırmağa xidmət edir. Ölkə başçısının son illər gənclər siyasətində əhəmiyyətli islahatları təhsil prosesində də özünü göstərir. Dövlətimiz tərəfindən tələbələrin təqaüdləri artırılır, dövlət sifarişi ilə təhsil almaq imkanları genişləndirilir.

Gənclər siyasətindən danışan Yusif Yusibov deyib: “Biz gənclərə böyük inam və ümidlərlə yanaşırıq. Hər bir ölkənin gələcəyi onun gənclərindən asılıdır. Gənclər Azərbaycanda əhalinin tərkibində önəmli hissəni təşkil edir. Ona görə də gənclərlə bağlı siyasət gənclərin potensialının daha da artırılmasından, ölkənin inkişafı naminə bu potensialdan səmərəli istifadə edilməsindən ibarətdir. Azərbaycan gəncləri dövlətə, dövlətçiliyə, Heydər Əliyev siyasətinə, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dərindən bağlı olan gənclərdir”.


Gəncə Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahanları uğurla davam edir. İmtahan sessiyası tədris planlarına uyğun olaraq, 29 dekabr 2019-cu il tarixdə başlayıb, 31 yanvar 2020-ci il tarixədək davam edəcəkdir. Cari tədris ilinin imtahan sessiyasında imtahanların yazılı, test, şifahi və qabiliyyət formasında qəbul edilməsi nəzərdə tutulub. İmtahanlar ilk mərhələdə yazılı, sonrakı mərhələdə isə test formasında keçiriləcəkdir.

Yazılı imtahanlar 29 dekabr 2019-cu il tarixdə 4 növbədə keçirilib. Yazılı imtahanlarda tələbələrin imtahan verə bilmələri üçün II tədris binasında 22 otaq, IV tədris binasında 10 otaq ayrılıb. Gün ərzində 5400 nəfərdən yazılı imtahan qəbul edilib. Hər bir tələbə üçün ayrı-ayrılıqda variantlar hazırlanıb. İmtahanların keçirilməsi zamanı obyektivliyi təmin etmək məqsədilə imtahan üçün nəzərdə tutulan hər otaqda bir ixtisas üzrə 5 nəfər tələbə imtahan verib. Tələbələrin yazılı sənədləri imtahan başa çatdıqdan sonra rektorluq tərəfindən təyin edilmiş xüsusi kodlaşdırma qrupu tərəfindən yığılıb və kodlaşdırılaraq yoxlanılmaq üçün dəvət edilmiş müəllimlərə təhvil verilib.

30.12.2019-cu il tarixdən başlayaraq, 31 yanvar 2020-ci il tarixədək davam edəcək

test imtahanları əsas tədris binasında təşkil olunmuşdur. Test imtahanları üçün 10 imtahan otağı ayrılmış və imtahan otaqlarında 25 ədəd kompüter qoyulmuşdur. Gün ərzində 1750 nəfər tələbənin test imtahanı verməsinə şərait yaradılmışdır.

Qeyd edək ki, yaradıcılıq tələb edən ixtisaslarda qabiliyyət formasında keçiriləcək imtahanlar 07 yanvar 2020-ci il tarixdə başlayıb, 31 yanvar 2020-ci il tarixədək davam edəcəkdir.

Qabiliyyət imtahanları əvvəlcədən rektorun əmri ilə yaradılmış xüsusi komissiyalar tərəfindən qəbul edilir.

Universitetdə imtahanların keçirilməsinə ictimai nəzarət təmin olunub. Hər tədris ilində ictimaiyyət və KİV nümayəndələrinin, tələbələrin valideynlərinin imtahanların gedişatına nəzarət etməsi üçün vaxtaşırı mediaturlar təşkil olunub. Bu tədris ilinin imtahan sessiyasında da mediatur təşkil olunması nəzərdə tutulub.


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHANLARI UĞURLA DAVAM EDİRGƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHANLARI UĞURLA DAVAM EDİRGƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHANLARI UĞURLA DAVAM EDİRGƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHANLARI UĞURLA DAVAM EDİRGƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHANLARI UĞURLA DAVAM EDİRGƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHANLARI UĞURLA DAVAM EDİRБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər