14 yaşlı məktəblinin ölümündən əvvəlki ürək dağlayan — SON GÖRÜNTÜLƏRİ - VİDEO

14 yaşlı məktəblinin ölümündən əvvəlki ürək dağlayan — SON GÖRÜNTÜLƏRİ - VİDEO


Bir müddət öncə ARB TV-nin “Elgizlə İzlə” verilişinə evlənmək üçün gələn atası ilə birlikdə efirə çıxan 14 yaşlı Asimanın gözlənilməz ölümü tamaşaçıları dəhşətə gətirib.

Baku.ws xəbər verir ki, kiçik yaşlarından anasız qalan Asiman atasının evlənməsini çox istəyirdi. Yeniyetmə qız ona analıq edəcək birinə ehtiyac duyduğunu deyirdi.

"Atamın evlənməsini istəyirəm. Düzdür, o mənə doğma anam kimi şirin olmaz. Qanımdan-canımdan deyil. Mənə sirdaş-dost olsun. Bəlkə də elə sirlərim var ki, atama deyə bilmirəm, ancaq ona deyə bilərəm", - deyən Asiman, atasının evlənməsinə qarşı olmadığını, əksinə onu dəstəklədiyini bildirmişdi.

Alim bəylə evlənmək üçün efirə gələn xanım məhz Asimana görə atası ilə evlənmək istəyirdi. Üzünü gizlədərək efirə çıxan qadın Asimanı vəfat etmiş qızlarına çox bənzətdiyini deyirdi. Lakin bu izdivac baş tutmadı. Maraqlıdır ki, sosial şəbəkə istifadəçiləri arasında Asimanı qadının nəfsinin öldürdüyünü yazanlar da var.

Qeyd edək ki, Alim bəyin qonşusu Gülnarə Nəbiyeva Asimanın ölümündə onu günahlandıraraq şok iddialar irəli sürüb:

“Alim illər idi ki, Asimanı döyürdü. Yoldaşını da döyürdü. Uşaq qış vaxtı çöldə, yerdə yatırdı. Atası evə dostlarını gətirirdi, içirdi. Qızını söyürdü, döyürdü. Asiman atasının qorxusundan mənim evimdə qalırdı, evə getmirdi. Qız mənə yalvarırdı ki, heç kimə heç nə deməyim. O ata deyil”.

Ata qonşusunun bütün ittihamlarını rədd edib və qızının vərəmdən öldüyünü bildirib:

"O Gülnarənin dediklərinin hamısı yalandır. Mənim evimdə yorğan-döşək çoxdur, qızımın quru yerdə yatması qeyri-mümkündür. Keçmişdə evə bir qadın gətirmişdim. Uşaq oldu, 1 ildən sonra gəzməyə başladı. Qovdum. O Gülnarə məndən o qadının hayıfını çıxır.

Mənim qızımın anası, ana nənəsi, xalası da vərəmdən ölüb. Qızım da vərəm xəstəsi idi. Doğulduqdan bəri qabaqlayıcı dərmanlar verilirdi. Ayın 12-də məktəbin tibbi işçisi və dərs hissə müdiri tərəfindən mənə zəng gəldi ki, qızınızın qızdırması var. Getdim evə gətirdim. Qızım özü qızdırma salan dərmanı özü içdi, yəni vəziyyəti o dərəcədə pis deyildi. Dedi ki, ata, mən yatıram. Hərarət səhəri gün də düşmədi".

Hazırda Asimanın ölüm səbəbi araşdırılır. Ekspertizanın rəyi "Elgizlə izlə" proqramında açıqlanacaq.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər