İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb


Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 637 milyon manata çatdırılıb.
AZƏRTAC bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Qeyd edək ki, bundan əvvəl İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi 566 milyon manat idi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər