Penitensiar xidmətə yeni səlahiyyət verilib

Penitensiar xidmətə yeni səlahiyyət verilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin vəzifələri artırılıb.

APA xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənən və noyabrın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”də əksini tapıb.

Beləliklə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi var.

Qeyd edək ki, yeni Əsasnamənin qəbul edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Kollegiyasının 25 iyun 2008-ci il tarixli 16-T nömrəli əmri ilə təsdiqlənmiş Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə qüvvədən düşüb. Həmin Əsasnamədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi əksini tapmayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər