Azərbaycan avtomobilləri Rusiya bazarında – rəqabətə tab gətirəcəkmi?

Azərbaycan avtomobilləri Rusiya bazarında – rəqabətə tab gətirəcəkmi?

Ekspert: “Nəzərə almaq lazımdır ki, Rusiya özü avtomobil istehsalçısıdır”

Azərbaycan gələn il Rusiyaya avtomobil ixrac edəcək. “Neftçala Sənaye Məhəlləsində istehsal olunan ”Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı 2020-ci ilə reallaşa bilər”. Bunu açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, hazırda “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı üçün sənəldəşmə işləri davam etdirilir: “Yəqin ki, sənədləşmə işləri 4-5 ayı ərzində tamamlanacaq”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən, yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə – 2019-cu ilin sonunadək 6 min ədəd avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobilin ixracı nəzərdə tutulur.

Azərbaycan avtomobilləri Rusiya bazarında – rəqabətə tab gətirəcəkmi?
2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulur. “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda “Khazar”, “Peugeot”, “Renault” kimi avtomobil modelləri istehsal olunur.

Ekspertləri düşündürən əsas məqam isə bu avtomobillərin qiymət və keyfiyyət baxımından rəqabətə davamlı olub-olmayacağıdır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, Azərbaycanın İranla birgə istehsal etdiyi avtomobillərin ixracı ümumilikdə müsbət haldır: “Bunun üçün əsas məsələ Rusiya bazarının öyrənilməsdir. Rusiya artıq bir çox ölkələrin məşhur avtomobil markalarının özü istehsal edir. Bu mənada Rusiyada rəqabətə tab gətirəcək avtomobil istehsal etmək önəmlidir. Keyfiyyət etibarilə ”Xəzər” avtomobilləri yaxşı avtomobil sayılır. Bu mənada qiymət baxımından bazar tələblərinə cavab verməlidir”.
Azərbaycan avtomobilləri Rusiya bazarında – rəqabətə tab gətirəcəkmi?
İqtisadçı ekspert Ramil Osmanlı isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Neftçaladakı avtomobil zavodunun xaricə avtomobil ixrac etməsi müsbət bir haldır: “Bazarda rəqabətədavamlılıq və alıcı kütləsi toplamaq baxımından yəqin ki, Rusiya bazarı araşdırılıb, marketinq baxımından qiymətləndirib, sorğular keçirilib. Yəqin ki, bunun əsasında qərar qəbul olunub. Bu tədqiqatın nəticəsində əgər Neftçala Avtomobil Zavodu Rusiyada satış təşkil etməyi bacaracaqsa bu alqışalayiq haldır. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya özü avtomobil istehsalçısıdır”.

Osmanlı onu da qeyd etdi ki, Rusiyanın istehsal etdiyi avtomobillər Neftçala Avtomobil Zavodunun istehsal etdiyi ilə eynidir: “Bu baxımdan eyni sinfə daxildir. Rusiyada Azərbaycan avtomobillərin bu mənada rəqabətə tab gətirməsi o qədər inanandırıcı deyil. Ola bilər ki, nəsə sifariş əsasında istehsal olunacaq. Öncədən müqavilə imzalana bilər. Bu halda normal haldır. Əks təqdirdə məhz avtomobil ixracatçısı kimi ad qazanmaq üçün bu iddiada olmaq, hər hansı dəqiq planın olmaması, nə kimi effekt qazanacağını bilməmək doğru yanaşma deyil”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər