Əli Əsədov Baş nazir təyin olunur — Milli Məclis RAZILIQ VERDİ

Əli Əsədov Baş nazir təyin olunur — Milli Məclis RAZILIQ VERDİ

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
“Ölkə.Az” xəbər verir ki, Milli Məclisin gündəliyinə 14 məsələ daxil edilib.

Deputatlar ilk olaraq Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələni müzakirəyə başlayıb.

Məsələ ilə bağlı çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Əli Əsədovun yeni Baş nazir vəzifəsinə təyin olunması razılıq verməsi barədə məsələyə baxılacaq.

Novruz Məmmədov Baş nazir postundan istefa verməsi barədə przsident İlham Əliyevə müraciət edib. O 1990-cı illərdən Prezident Administrasiyasında çalışıb. Son il yarımda isə Baş nazir olub.

O. Əsədov bildirib ki, Prezident tərəfindən Ə.Əsədovun Baş nazir təyin edilməsi ilə bağlı namizədliyi Milli Məclisə təklif edilib.
Spiker əlavə edib ki. Ə.Əsədov Baş nazir olaraq ölkə başçısının etimadını doğruldacaq.
Müzakirələr zamanı çıxış edən Siyavuş Novruzov Baş nazir postuna namizədliyi irəli sürülən Ə.Əsədovun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan dövlətçiliyindəki müstəsna rolu barədə öz müsbət fikirlərini bildirib. O deyib ki, Nazirlər Kabinetində yeni islahatların şahidi olacağıq və ona fəaliyyətində uğrular arzulayırıq. Çıxış edən digər deputatlardan Vahid Əhmədov isə bildirib ki, 20 ildən atrıqdır tanıyırıq. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda yaxından iştirak edən insandır. O, baş nazir postunda üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək.

Deputat eyni zamanda Ə.Əsədova deputatların təklifləri nəzərə alınmasını, deputatların nazirlərə əlçatanlığını təmin etməkdə, qeyri-neft sektorunda işlərin daha da sürətləndirilməsini təklif edib. “Hesab edirəm ki, Ə.Əsədov iqtisadçı kimi ölkə başçısına yaxından kömək edəcək”.

Deputat Hikmət Babaoğlu da bildirib ki, Ə.Əsədov Baş nazir postunda ölkə başçısının həyata keçirdiyi islahatların uğurla davam etdirilməsinə öz töhfəsini verəcək.

Deputat Fəzail Ağamlı da Ə.Əsədovun Baş nazir postuna ən layiqli namizəd olduğunu deyib.
Müzakirələrin yekunu olaraq Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyin olunmasına səs verib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər