““Gəncə işi”ndəkilərin cinayətləri tam sübuta yetirilib”

““Gəncə işi”ndəkilərin cinayətləri tam sübuta yetirilib”

Baş prokuror Zakir Qaralov “Gəncə hadisələri” ilə bağlı məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin yaxınlarının etirazına münasibət bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Z. Qaralov deyib ki, Gəncədə baş vermiş hadisəyə hüquq-mühafizə orqanları və cəmiyyət qiymət verib: “Gəncə şəhər icra başçısına qarşı törədilən terror aktı, həmin terror aktını dəstəkləyənlər, Gəncə şəhərində kütləvi iğtişaşlar törətmək istəyən dini-radikal qüvvələrdir.

Biz prokurorluq olaraq hər kəsin istintaqını aparmışıq, hər bir şəxslə bağlı kifayət qədər sübut əldə etmişik. Hazırda onların məhkəmə prosesi yekunlaşdığına görə qeyd edə bilərəm ki, cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilənin şəxsiyyətini, ailə vəziyyətini, bundan əvvəlki fəaliyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər