Bakıda tikinti gedən binada yaşayış var (FOTOLAR)

Bakıda tikinti gedən binada yaşayış var (FOTOLAR)

Sosial şəbəkədə yayılan foto izləyicilərin marağına və təəccübünə səbəb olub.

Bizimyol.info xəbər verir ki, Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbində tikilən binalardan birindən çəkilən qeyri-adi görüntü diqqət mərkəzinə düşüb.

Hələ yarı tikilmiş binada tikinti işlərinin davam etməsi ilə yanaşı, orada olan mənzillərdən birində yaşayışın olduğu aydın görünür.

Bu qeyri-adi hal kimi nə qədər maraqlı olsa da, insan həyatının risqə atılması baxımından bir o qədər də təhlükəlidir. Normal düşüncə sahibi bu şəraitni, yəni tikintisi davam edən binada yaşayışın həyat üçün nə qədər təhlükəli olduğunu anlaya bilər. Bunu çoxmərtəbəli bina tikən insanlar bilməmiş olmazlar.

Görünür, binanın tikintisini aparan şirkət hansısa səbəbdən bu mənzərə ilə qarşılaşmaq məcburiyyətdə qalıb.

Tikintini aparan şirkət barədə məlumat verilməyib.
Bakıda tikinti gedən binada yaşayış var (FOTOLAR)
Bakıda tikinti gedən binada yaşayış var (FOTOLAR)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər