Vəfadar Orucov: Koronavirusla mübarizənin ön cəbhəsində dayananlardan biri də onlardır - POLİSLƏR!

Vəfadar Orucov: Koronavirusla mübarizənin ön cəbhəsində dayananlardan biri də onlardır - POLİSLƏR!




Gəlin, biz də polislərimizi qoruyaq! - Polislərimiz gücləndirlmiş iş rejimində işləyir

Polislərimizin əməyini necə qiymətləndiririk?! Vətəndaşlar koronavirusla mübarizədə görülən işlərdən razıdırlar

Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük



Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq.

ALLAH Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi və polisimizi qorusun! ALLAH xalqımızı və bəşəriyyətimizi bu bəladan qorusun!

Ölkənin hüquq-mühafizə orqanları arasında Azərbaycan polisinin öz yeri, çəkisi və zaman-zaman qazandığı uğurlar var.


Azərbaycanda dövlətçiliyinin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının böyük xidmətləri var. Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Zaqatala rayon Şöbəsinə rəis təyin edilən Vəfadar Orucov qısa vaxt ərzində şəhərdə cinayətkarlıqla mübarizədə öz sözünü deyib. Şərəfli xidmət yolu keçən Zaqatala rayon Polis Şöbəsinin şəxsi heyəti bu gün Vəfadar Orucovun rəhbərliyi ilə rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquq pozmalarına qarşı profilaktiki tədbirlərin görülməsi üçün əhəmiyyətli işlər görür.

Vəfadar Orucov bu qısa müddət ərzində heç nöqsanlara yol verməyib, əksinə mövcud problemlərin aradan qaldırılması üçün çalışır. Çünki, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Vəfadar Orucova böyük etimad göstərərək onu bir rayonun polis rəisidən digər rayona polis rəisi təyin etmışdır. Bu gün Vəfadar Orucov cənab nazir Vilayət Eyvazovun tapşırığı əsasında var gücü ilə çalışır ki, cənab nazir Vilayət Eyvazovun etimadını doğruldur.

Zaqatala rayonunda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Sevindirici haldır ki, Zaqatala rayonunda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində son 3 ay ərzində Zaqatala rayonunda törədilən cinayət hadisələrinin səbəbi isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, eləcə də rayonda kriminal hadisələrin sayı xeyli azalıb.

Polis əməkdaşlarının fəaliyyəti şəhər sakinləri tərəfindən də razılıqla qarşılanır. Vəfadar Orucov hələ Daşkəsən rayon Polis Şöbəsində işləyərkən bacarığı və düzgün işi ilə rəhbərliyin etimadını doğrultmuşdu. Son aylarda onun rəhbərliyi ilə Zaqatala rayonubda həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər qısa vaxt ərzində saxlanılaraq istintaqa təhvil verilib.

Vəfadar Orucovun xidmətləri sayəsində bu gün Zaqatalada insanlar polisə daha çox arxalanır, onların hüquqlarının və təhlükəsizliyinin layiqincə mühafizə olunduğunu düşünürlər. Zaqatalada polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Zaqatalada iqtisadi inkişaf və əhalinin sosial-rifah halının yaxşılaşması sahələrində çox böyük rol oynayır. Təsadüfi deyil ki, sadə insanlar, yerli iş adamları, eləcə də rayona gələn qonaqlar bu faktı həmişə razılıq hissi ilə qeyd edirlər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər