Elinanın ölümü ilə bağlı direktor özünü təqsirli bilmir -Sevinc Abbasova ilk dəfə danışdı (VİDEO)

Elinanın ölümü ilə bağlı direktor özünü təqsirli bilmir -Sevinc Abbasova ilk dəfə danışdı (VİDEO)

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru hakim önünə çıxarılıb.

Minval.İnfo xəbər verir ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın məhkəməsi Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilib.

Məhkəmədə prokuror ittiham aktını elan edib. İttihamda qeyd olunub ki, Elina Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb.

O da qeyd edilir ki, Elına sonuncu hadisədən öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb. Direktor sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib.

İttihama görə, E.Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayıb. Bununla da E.Hacıyevanın həyatını təhlükədə qoyub.

Elan olunmuş ittihamla Sevinc Abbasova özünü təqsirli bilməyib. Sonuncu məhkəmə prosesində Elinanın ailə üzvlərinin vəkilləri məhkəməyə 100 min manatlıq mülki iddia təqdim ediblər. Vəsatətdə cavabdeh tərəf kimi Təhsil Nazirliyi göstərilib. Məhkəmədə vəsatət icraata qəbul edilib.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevinc Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır. Məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

S.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər