“Dorian” qasırğasından sonra 2500 nəfər itkin düşüb

“Dorian” qasırğasından sonra 2500 nəfər itkin düşüb

Baham adalarında “Dorian” qasırğasından sonra təxminən 2,5 min insan itkin düşmüş hesab olunur.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Baham adalarının fövqəladə hallar üzrə Milli Agentliyinin nümayəndəsi Karl Smit keçirdiyi mətbuat konfransında məlumat verib.

“Məlumat bazası üzərində işləyirik. İtkin düşənlərin siyahısı hələlik rəsmi qurumlar tərəfindən təxliyyə edilmiş və sığınacaqlara yerləşdirilmiş şəxslərin qeydləri ilə müqayisə olunmayıb”, – deyə Smit bildirib.

Qeyd edək ki, qasırğa sentyabrın 1-də arxipelaqda ciddi fəsadlara yol açıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 50 nəfər ölüb. Adalarda 13 minə yaxın bina zədələnib və ya dağılıb, geniş ərazilər su altında qalıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər