"Coca Cola"-nın təkzibinə inanaq, yoxsa BİABIRÇI HƏQİQƏTƏ? - Şirkətin "təkzib məktubu"nda dövlətimiz ŞANTAJ OLUNUR

"Coca Cola"-nın təkzibinə inanaq, yoxsa BİABIRÇI HƏQİQƏTƏ? - Şirkətin "təkzib məktubu"nda dövlətimiz ŞANTAJ OLUNUR

Dünən yayılan məlumatlardan aydın olur ki, Azərbaycanın sərinləşdirici içkilər bazarında geniş yer tutan “The Coca-Cola Company” Dağlıq Qarabağdakı qondarma rejimə maddi dəstək verir.

DİA.AZ bildirir ki, yayılan məlumata görə, “The Coca-Cola Company” separatçı rejimin Xocalıda keçirdiyi “Artsax Airfest”” sərgisinə sponsorluq edib.

Şirkət bununla rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərmək qadağasını pozmaqla yanaşı, həm də qondarma rejimin təşkil etdiyi tədbiri maliyyələşdirib.

Azərbaycan bazarında hələ ötən əsrdən möhkəmlənən və ölkəmizdəki satış hesabına böyük gəlir əldə edən “The Coca-Cola Company”nin bu arzuolunmaz “xeyriyyəçiliyi”nə rəsmi Bakının necə reaksiya verəcəyi maraqla gözlənilir.



Bununla bağlı şirkətin adından piar aparan Ülviyyə İsmayılova redaksiyamıza "təkzib məktubu" adı ilə əslində heç bir izahat xarakteri daşımayan bir müraciət yollayıb. Müraciətdə deyilir:

"“Coca-Cola” şirkəti bəzi yerli media orqanlarında Azərbaycanın Dağlıq Qarabağ ərazisində “Artsakh Airfest” festivalına şirkətin sponsorluq etməsi haqqında tamamilə yanlış xəbərlərin yayılması ilə bağlı ciddi narahatlığını bildirir. Qeyd etmək istərdik ki, belə iddialar həqiqətə uyğun deyil və bir daha vurğulayırıq ki, nə “Coca-Cola” şirkəti, nə də onun Ermənistandakı rəsmi tərəfdaşı olan “Coca-Cola Hellenic Bottling Company” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir ictimai tədbirə sponsorluq etməyib.

“Coca-Cola” şirkəti məhsullarının istehsalı, daşınması və satışını həyata keçirən 250 tərəfdaşı ilə 200-dən çox ölkədə təmsil olunur. Bizim tərəfdaşlarımız məhsullarımızın satışını yerli distributorlar və minlərlə satış nöqtələri vasitələri ilə həyata keçirirlər.

“Coca-Cola” Azərbaycanda artıq 25 ildir ki, fəaliyyət göstərir və bu dövr ərzində şirkət yerli iqtisadiyyata 170 milyon ABŞ dolları yatırım edib, həmçinin dövlət büdcəsinə 300 milyon manat dəyərində vergi ödəyib. “Coca-Cola”nın Azərbaycandakı əməliyyatları ölkədə 5 min iş yerini dəstəkləyir".

***

DİA.AZ bildirir ki, təkzibin mətnindən də görünəni odur ki, əslində şirkət baş verənləri şantaj yolu ilə ört-basdır etməyə çalışır. Hər halda Azərbaycanda 25 ildir fəaliyyət göstərdiyini deyən və 170 milyon dollar Azərbaycan iqtisadiyyatına yatırım qoyduğunu iddia edən "Coca Cola" şirkətinin 5 min iş yerini dəstəklədiyini iddia edərək belə bir xatırlatmada bulunması... təbii ki, açıq ŞANTAJDIR! Və bu şantaj birbaşa olaraq Azərbaycan dövlətinə ünvanlanıb.

P.S. Onu da bildirək ki, artıq sosial şəbəkələrdə "Coca Cola"dan imtina edilməsi ilə bağlı Azərbaycan vətəndaşları arasında çağrışlar geniş vüsət almaqdadır... Bu da anlaşılandır. Çünki nə Azərbaycan dövləti, nə də hanssa bir Azərbaycan vətəndaşı Qarabağ məsələsində kimsənin "işvəsinə" dözəcək qədərində səbirli deyil...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər