Paşinyan Trampla görüşə bilmir - Səfirə qəzəbləndi

Paşinyan Trampla görüşə bilmir - Səfirə qəzəbləndi

Avqustun 27-də Ermənistanın digər ölkələrdə akkreditə olunmuş səfirlərinin və konsulluq xidmətləri rəhbərlərinin illik toplantısı keçirilib. Görüşdə Baş Nazir Nikol Paşinyan da iştirak edib.

“Qafqazinfo”nun “Qraparak” qəzetinə istinadən verdiyi xəbərə görə, hökumət rəhbəri çıxışı zamanı səfirlərin fəaliyyətini sərt şəkildə tənqid edərək diplomatları ölkə iqtisadiyyatı üçün heç bir iş görməməkdə ittiham edib. Belə ki, onun fikrincə səfirlər Ermənistana nə investisiya cəlb edə, nə də digər dövlətlərlə iqtisadi əlaqələri inkişaf etdirə bilir. Bu yöndə onun əsas tənqid hədəfi isə Ermənistanın ABŞ-dakı səfiri Varujan Versisyan olub.

Tədbirdə iştirak edən mənbənin sözlərinə görə, Baş Nazirin qəzəbinə səbəb investisiya qoyuluşunun olmamasında deyil, diplomatın Paşinyanla ABŞ-ın yüksək rəhbərliyi, xüsusilə də ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo ilə görüşlər təşkil edə bilməməsidir.

Qeyd edək ki, Ermənistanın yeni hökuməti hələ də bugünə qədər ABŞ rəhbərliyi ilə görüşə bilməyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər