Antalyada tarixi rekord

Antalyada tarixi rekord

Türkiyənin ən məşhur istirahət mərkəzlərindən biri olan Antalyada tarixi rekord qeydə alınıb. “Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, bu, istirahətə gələn turistlərin sayı ilə bağlıdır.

Belə ki, yanvarın 1-dən avqustun 22-dək Antalyaya 10 milyon əcnəbi turist səyahət edib.

Yerli mədəniyyət və turizm idarəsindən bildirilb ki, bu, ötənilki göstəricidən 18% çoxdur. 2017-ci ildə analoji zaman kəsiyi ərzində isə burada 6,7 milyon səyahətçi olub.

Antalyaya səfər edənlər arasında Rusiya, Almaniya və Ukrayna vətəndaşları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərdə qərarlaşıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər