Səudiyyə Ərəbistanı vətəndaşları Türkiyədə 2 milyon kvadratmetr torpaq alıb

Səudiyyə Ərəbistanı vətəndaşları Türkiyədə 2 milyon kvadratmetr torpaq alıb

Ərəblərin Türkiyə əmlak bazarında fəallığı xeyli artıb. Türkiyə Ətraf Mühit və Şəhərçilik Nazirliyinin hesabatı da bunu göstərir.
Bizimyol.info xəbər verir ki, təkcə Səudiyyə Ərəbistanı vətəndaşları son 17 ildə qonşu, qardaş ölkədə 2 milyon kvadratmetrdən çox (200 hektar) torpaq alıb. Səudiyyəlilər 2003-cü ilə qədər 57 min kvadratmetr əraziyə sahib çıxmışdı.

Səudiyyə Ərəbistanı vətəndaşları Türkiyədə əmlak əldə edənlərin siyahısına başçılıq edir. Dəqiq rəqəmlərlə danışsaq, söhbət 2 milyon 611 min 274 kvadratmetrdən gedir.

Almanlar da çox fəallaşıb. Onların sahib çıxdığı ərazi 1 milyon 665 min 441 kvadratmetrə çatıb.

Bu istiqamətdə küveytlilər də fərqlənməyə başlayıb. Maraqlıdır ki, onlar 2003-cü ilə qədər Türkiyə bazarına maraq göstərmirdi. İndi isə küveytlilərin hesabında 894 min 434 kvadratmetr var.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər