Ərəblərin Bakıya gəliş səbəbi öz dillərindən: “Dostlarım dedi ki, burada gözəl qızlar…” – FOTOLAR

Ərəblərin Bakıya gəliş səbəbi öz dillərindən: “Dostlarım dedi ki, burada gözəl qızlar…” – FOTOLAR

Son illər xaricdən ölkəmizə üz tutan turistlərin sayında xeyli artım müşahidə olunur. Əsasən Ərəb ölkələri, İran, Rusiya, Türkiyə və Gürcüstan kimi ölkələrdən gələn turist axını hər keçən gün daha da artır.

Turistlər arasında daha çox Bakıya üz tutanların sayı daha çoxdur. Ölkəmizin turizm inkişafı baxımından olduqca faydalı olan bu hal mədəni-tarixi irsimizin tanıdılmasına da yardımçı olur. Bəs görəsən turistləri istirahət üçün ölkəmizə cəlb edən əsas faktorlar hansılardır?

Minval.info saytının əməkdaşı olaraq mövzu ilə bağlı məlumat əldə etmək üçün Bakının ən çox turist cəlb edən məkanlarından biri olan İçərişəhər ərazisinə yollandıq. Müxtəlif ölkələrdən çox sayıda turistin olması bizə məkan seçimində yanılmadığımızı göstərdi.

İstirahət üçün Belarusiyadan ölkəmizə üz tutan Olqa İvanovna onu Azərbaycana cəlb edən əsas səbəbin dəniz olduğunu bildirdi: “Azərbaycana, Bakıya ilk dəfədir gəlirəm. Belarusiyadan fərqli olaraq Azərbaycanda yay olduqca isti və maraqlı keçir. Xüsusilə bu fəsildə Xəzər dənizinin olduqca füsunkar olması mənim istirahət üçün ölkənizi seçməyimdə xüsusilə həlledici oldu. İçərişəhər, Qız qalası və digər tarixi abidələr məni olduqca heyran etdi. Yeni il ərəfəsində bir daha Bakıya gəlməyi düşünürəm”.
Ərəblərin Bakıya gəliş səbəbi öz dillərindən: “Dostlarım dedi ki, burada gözəl qızlar…” – FOTOLAR
Səudiyyə Ərəbistanından ölkəmizə qonaq olan turist Əli ibn Sahib onu daha çox əyləncəli gecə restoranlarının və ləziz Azərbaycan mətbəxinin cəlb etdiyini qeyd etdi: “Bakı gözəl və ecazkar şəhərdir. Müasirlik baxımından paytaxtınız qərb şəhərlərindən heç də geri qalmır. Keçən il Bakıya gələn dostlarım istirahət üçün mənə bu şəhəri məsləhət gördü. Gözəl qızların olduğunu dedilər. Artıq 1 həfdədir ki Bakıdayam. Xüsusilə turistlər üçün təşkil edilmiş gecə əyləncələri və restoranlarda təqdim olunan ləziz Azərbaycan yeməkləri mənə seçimimdə yanılmadığımı bir daha göstərdi”.

Pakistanlı turist Əkbər Müşərrəf ölkəmizdə olan dini məbədlərin və tarixi yerlərin onu heyran etdiyini vurğuladı: “Bakı müasirliklə qədimliyin vəhdətdə olduğu bir şəhərdir. Bura gəlmədən öncə Bakı barədə bir çox araştırma etdim. Tarixi abidələrin olduqca bol olduğunu daha əvvəl də eşitmişdim. Xüsusilə Bibiheybət məscidi və Qız qalası məni olduqca heyran etdi. Dünyada çox az şəhərdə Bakıda olduğu kimi tarixi abidələrin orjinallığı qorunub saxlanılır”.
Ərəblərin Bakıya gəliş səbəbi öz dillərindən: “Dostlarım dedi ki, burada gözəl qızlar…” – FOTOLAR
Səudiyyə Ərəbistanlı başqa bir turist Ömər ibn Asim isə paytaxtımıza yeni gəldiyini və ilk gün olmasına baxmayaraq Bakının onda olduqca xoş təəssüratlar yaratdığını söylədi: “Bakıya dünən gəlmişəm. Daha öncə həmyerlilərimdən Azərbaycanın istirahət üçün olduqca gözəl və əlverişli yer olduğunu eşitmişdim. Məni bura cəlb edən şeylər arasında tarixi abidələri və əyləncə məkanlarını xüsusilə qeyd edə bilərəm. Amma əsas məqsədim əyləncədir. Gəncəm, əylənmək istəyirəm. Dolların kursu, vizanın asan əldə edilməsi, ingilis dilinin olduqca yayğın olması, gecə klubları məni daha çox cəlb etdi. Burada ilk günüm olmasına baxmayaraq olduqca xoş təəssüratlara sahib oldum”.
Ərəblərin Bakıya gəliş səbəbi öz dillərindən: “Dostlarım dedi ki, burada gözəl qızlar…” – FOTOLAR
Aldığımız cavablardan belə nəticəyə gəldik ki, ölkəmizə üz tutan turistlər arasında tarixi abidələr, əyləncə və ləziz mətbəximizə maraq göstərənlər daha çoxdur. Xüsusilə Ərəb ölkələrindən üz tutan qonaqları paytaxtın əyləncə məkanları daha çox cəlb edir.

Ölkəmizin turistlərin gözündə xoş təəssürat yaratması yeni turistilərin cəlb olunması baxımından olduqca vacib və faydalı haldır. Müşahidə etdiyimiz bir digər hal isə yerli sakinlərin turistlərə olduqca qonaqpərvər yanaşması oldu.

Nazim HacıyevБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər