Putin analitiklərdən “iki” aldı

Putin analitiklərdən “iki” aldı



















O, ən pis iqtisadçı oldu

Bloomberg-in sorğu keçirdikləri analitiklər Rusiya prezidenti Vladimir Putinin, baş nazir Dmitri Medvedevin, Rusiya hökumətinin, Maliyyə Nazirliyinin və Mərkəzi bankın iqtisadi fəaliyyətini qiymətləndiriblər, Bakuxeber.info Gazeta.ru-ya istinadla xəbər verir.

Analitiklərin fikrincə, ən pis iqtisadçı Rusiya prezidenti Vladimir Putin olub, o, ən aşağı qiymətləri alıb: sorğuda iştirak edən 22 ekspertin 27%-i Rusiya prezidentinə “F” (“bir”), 50%-i “D” və “C”, yəni “iki” və “üç” verib. Yalnız bir analitik Putinə “A” (“əla”) verib.

“Rusiya iqtisadiyyatının başlıca çətinlikləri, Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasətə görə, ona qarşı tətbiq edilmiş iqtisadi sanksiyalarla əlaqədardır”, - deyə Swedbank AB-nin baş iqtisadçısı vurğulayıb.

Putin analitiklərdən “iki” aldıБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər