“Neftçi” bu gün “Bney Yehuda” ilə qarşılaşacaq

“Neftçi” bu gün “Bney Yehuda” ilə qarşılaşacaq

Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

“Report” xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsarildə “Bney Yehuda”nın qonağı olacaq. Petah Tikvadakı “Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb – 2:2. Rəqibin heyətində 26-cı və 36-cı dəqiqələrdə müvafiq olaraq Tambi Saqasla Muhammed Qadir fərqlənib. Oyunun 43-cü dəqiqədə Stiven Monroz hesab arasındakı fərqi azaldıb. 90+7-ci dəqiqədə isə Namiq Ələsgərov bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

21:00. “Bney Yehuda” – “Neftçi”

Baş hakim: Daniele Doveri

Yan xətt hakimləri: Alessandro Kostantso və Alesio Tolfo

Dördüncü hakim: Fabritsio Paskua (hakimlər briqadası İtaliyadandır)

Hakim-inspektor: Stefan Lannoy (Fransa)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Petah Tikva, “Ha Moshava” stadionuБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər