“Neftçi” Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb

“Neftçi” Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb

“Neftçi” komandası Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb.

“Report”un məlumatına görə, bu, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Rusiya “Arsenal”ı üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub. Beləliklə, daha 0,250 xal əldə edən paytaxt təmsilçisi Azərbaycanın cari mövsümdəki xallarını 1,750-yə çatdırıb.

Lakin reytinq sıralamasında dəyişiklik baş verməyib. Son 5 mövsümdəki göstəricilərin cəmində 17,125 xala malik Azərbaycan yenə 26-cı pillədədir. 25-ci yerdə gedən Qazaxıstanın isə 18,000 xalı var. 24-cü pillədə 18,125 xalla Belarus yer alıb. Lakin Azərbaycandan fərqli olaraq, bu iki ölkənin Çempionlar Liqasında təmsilçisi qalmayıb. Qazaxıstan növbəti mərhələdə 1, Belarus və Azərbaycan hərəyə 2 klubla təmsil olunacaq.

Qeyd edək ki, bu mövsüm Azərbaycanın əldə etdiyi reytinq xallarından 1,000-ı “Neftçi”yə, 0,750-si “Qarabağ”a məxsusdur. Flaqman ilk 2 mərhələdəki 4 görüşün hamısından qalib ayrılıb. Avropa Liqasının III təsnifat mərhələsində rəqib İsrail “Bney Yehuda”sı olacaq. 4 oyundan 2 qələbə, 2 heç-heçəsi olan “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə üz-üzə gələcək. Avropa Liqasının ilk mərhələsindəcə mübarizəni dayandıran “Səbail” ölkə reytinqinə xal yazdıra bilməyib. Mübarizəyə II təsnifat mərhələsindən başlayan “Qəbələ” də Gürcüstanın “Dinamo” (Tbilisi) komandasına evdə 0:2, səfərdə 0:3 hesabı ilə uduzaraq, Azərbaycanın reytinq xalını artıra bilməyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər