Gəncə vağzalında iki vaqon yanıb

Gəncə vağzalında iki vaqon yanıb

Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xəttdə dayanmış 2 vaqon yanıb.

Trend-in məlumatına görə, Kəpəz rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryol vağzalının ərazisində, ehtiyat yolda dayanan hər birinin sahəsi 12 m² olan istismara yararsız 2 ədəd vaqonun yanar hissələri və içərisinə yığılan taxta və məişət tullantıları yanıb.

Yaxınlıqda dayanan vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülübБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər