Ermənistanda polislə toqquşmalar – 13 nəfər xəsarət aldı

Ermənistanda polislə toqquşmalar – 13 nəfər xəsarət aldı

Ermənistanın şimalındakı İcevan rayonunda etirazçılarla polis arasında baş vermiş qarşıdurmalarda 13 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat yayıb.

Bildirilir ki, etirazçılar Gürcüstana gedən əsas avtomobil yolunu bağlayıblar. Onların tələbi ətraf meşələrdən odun toplamaq üçün icazənin verilməsidir. Hüquq-mühafizə orqanları yolu açmaq istəyərkən qarşıdurma olub. Etirazçılar polisə daş atıblar.

Hazırda etiraz edən kütlə ilə avtomobil yolunun açılması istiqamətində danışıqlar aparılır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər