Gədəbəydə 4 maşının toqquşduğu dəhşətli qəzanın görüntüləri – VİDEO

Gədəbəydə 4 maşının toqquşduğu dəhşətli qəzanın görüntüləri – VİDEO

Gədəbəydə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Zəhmət kəndində qeydə alınıb.

Belə ki, Arıqıran kənd sakini 33 yaşlı Firdovsi Məmmədov “Niva” markalı avtomobillə hərəkətdə olarkən “Qazel” markalı yük maşınına çırpılıb, daha sonra “Vaz 2107” və “Vaz 21015” markalı avtomobillərə dəyib.

Qəza zamanı “Niva”nın sürücüsü və onun iki azyaşlı övladı xəsarət alıb.

Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər