Fazil Məmmədovun səhhəti ilə bağlı SON MƏLUMAT – YEZNƏSİ DANIŞDI

Fazil Məmmədovun səhhəti ilə bağlı SON MƏLUMAT – YEZNƏSİ DANIŞDI

İki gün əvvəl yenidən səhhəti pisləşən sabiq vergilər naziri Fazil Məmmədov Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib. Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir.

Məsələ ilə bağlı Fazil Məmmədovun yeznəsi, Binəqədinin sabiq başçısı Xaləddin İsgəndərov açıqlama verib. O bildirib ki, Fazil Məmmədov xəstəxanaya qastrit diaqnozu ilə daxil olub:

“Xəstəxanaya yerləşdiyi gün, Fazil müəllimin səhhətinə ciddi problem var idi. Əməliyyat olundu. Həkimlərin səyi nəticəsində, hazırda səhhətində yaranan problem aradan qaldırılıb. Dünən axşam evə buraxılıb. Ev şəraitində müalicəsini davam etdirir”.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qaraciyarində problemlrə var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir. (Azxeber.com)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər