Məmurları tənqid etdilər - “32 milyon oğurlamışam da...” + Video

Məmurları tənqid etdilər - “32 milyon oğurlamışam da...” + Video

Əməkdar artistlər Bəhram Bağırzadə ilə Tahir İmanov illərdir vəzifədə olan məmurları tənqid edib. B. Bağırzadənin instaqram səhifəsində paylaşdığı kiçik videoçarxda T. İmanov vəzifəli şəxs obrazını canlandırıb.

O, uzun müddət vəzifədə çalışdığını qeyd edib: “27 il, 8 ay, 25 gün, 4 saat vəzifədə işləmişəm. Nə az, nə çox! Dünyanın heç bir yerində belə şey olmayıb. Heç nədən məni bayıra tulladılar. Niyə? 32 milyon oğurlamışam. 32 milyon nədir ki? Camaat 70-100 milyon oğurlayır. Özü də dollarla”.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər