Bakıda kişi gözəllik salonunda arvadını doğradı – QORXUNC HADİSƏ

Bakıda kişi gözəllik salonunda arvadını doğradı – QORXUNC HADİSƏ


Bakıda həyat yoldaşını öldürməyə cəhd göstərmiş şəxsin barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Binəqədi Rayon Prokurorluğunda Rzayev Zaur Ağahüseyn oğlu barəsində Cinayət Məcəlləsinin 29.120.2.4-cü, yəni . xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, Hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Stil” gözəllik salonunda qeydə alınıb.

Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu adı çəkilən gözəllik salonunda işləyən, keçmiş arvadı, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızını bıçaqlayıb. A.Rzayeva çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Z.Rzayev saxlanılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər