Aqibət Məmmədov: ASC respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan müəssisədir - ÖZƏL

Aqibət Məmmədov: ASC respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan müəssisədir - ÖZƏL









"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Aqibət Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Aqibət Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli sədr peşəsinə yiyələnən Aqibət Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Aqibət Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov - “Bu gün Azərbaycanın iqtisadi inkişafının beynəlxalq səviyyədə təqdir olunması möhkəm təmələ əsaslanan düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, eyni zamanda, iki ildən artıqdır dünyanı bürüyən koronavirus infeksiyasına qarşı ölkəmizin həm daxildə, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Reallıq budur ki, Azərbaycan bu gün də sosial dövlət kimi mövqeyini möhkəmləndirir, təkmil islahatları ilə dünyanın diqqətindədir. Azərbaycan iqtisadiyyatı dayanıqlıdır və bu inkişafın davamlılığının təmin edilməsi üçün geniş imkanlar yaranır. Aparılan məqsədyönlü islahatlar, investisiya mühitinin möhkəmlənməsi sayəsində regionlarımızda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə yeni müəssisələrin təməli qoyulur və ya istifadəyə verilir. İşğaldan azad edilmiş torpaqlarımızın malik olduqları iqtisadi imkanlardan səmərəli istifadə etmək üçün hədəflər müəyyənləşdirilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bu hədəfləri və onların icra mexanizmlərini özündə ehtiva edir. Bütün bunlar Azərbaycanın hər dövrün tələblərini yüksək səviyyədə cavablandırmaqla yanaşı, siyasətində insan amilinə böyük dəyər verdiyini təsdiqləyir. Əhalinin sosial müdafəsinin gücləndirilməsi, müasir tələblərə uyğun yaşayışının, həmçinin təhlükəsizliyinin təmin edilməsi daim əsas məsələ kimi öndədir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə, şəhərlərin Baş planına diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, işğaldan azad edilmiş torpaqlarımızda soydaşlarımızın rahat yaşayışı üçün bütün imkanlar yaradılmalıdır”.

Atılan hər addım vətəndaş məmnunluğunun artırılmasına stimul verir: “Dövlət başçısı İlham Əliyevin fərman və sərəncamlarını özündə ehtiva edən sosial paketlər bu reallığı təsdiqləyir ki, həssas qrupların sosial təminatı və sosial ödənişlərin artırılması, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkili prioritetdir. 2022-ci il yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. İki milyondan artıq insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Bütün bunlar ölkəmizdə gedən iqtisadi proseslərin və islahatların məntiqi nəticəsidir. Makroiqtisadi uğurlar həm də ondan xəbər verir ki, Azərbaycan pandemiyanın yaratdığı çətinlikləri artıq geridə qoyub”.

Həyata keçirilən sosial islahatlar proqramının əsas hədəfi də məhz sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik mexanizmlər üzərində qurulması, sosial ədalət, şəffaflıq, ünvanlılıq və bərabərlik prinsipinin qorunmasıdır: “Bu gün artıq beş DOST mərkəzi fəaliyyət göstərir. DOST mərkəzlərində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizdir. Bütün Bakı şəhəri və Abşeron rayonu DOST şəbəkəsi ilə əhatə olunub. İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Qarabağın tacı Şuşamızda da DOST mərkəzinin yaradılması planlaşdırılıb. Bu mərkəzlərin yaradılması məşğulluğun artırılmasında, ölkəmizin dayanıqlı inkişafının əsası olan şəffaflığın təminatında, korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır”.

Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində mühüm addımlar atılır: “İşğaldan azad olunmuş ərazilərimizdə də həmin sahələrin inkişafına geniş imkanlar var. Bu günlərdə Nazirlər Kabinetinin ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində də ölkənin ərzaq təhlükəsizliyi və ərzaq təminatı ilə bağlı hədəfləri açıqlandı. Bu çağırışlar səsləndirildi ki, kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olunmalıdır. Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək iqtidarında olmalıdır”.

Dövlətin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş məmnunluğunun təminatı prinsipi dayanır. “Dövlət başçısı İlham Əliyev ilk gündən bildirib ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər