İşdən çıxarılan rəis Sahil Babayevin qohumu deyil - Rəsmi

İşdən çıxarılan rəis Sahil Babayevin qohumu deyil - Rəsmi














Dövlət Gömrük Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu Rəşad Babayevin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

"Qafqazinfo"ya komitədən daxil olan məlumatda qeyd edilir ki, Rəşad Babayev, ümumiyyətlə “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsində çalışmayıb, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib, bir müddət sonra isə rotasiya qaydalarına uyğun olaraq Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifəni icra edir.

Dövlət Gömrük Komitəsi media qurumları və jurnalistlərə komitənin fəaliyyəti ilə bağlı informasiyaları yayımlayan, şərh edərkən rəsmi məlumatlara əsaslanmağı tövsiyə edir.

Qeyd edək ki, unikal.org saytı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə işdən çıxarılan “Qırmızı Körpü” gömrük postunun rəisinin nazir Sahil Babayevin əmisi oğlu Rəşad Babayevin olduğunu qeyd etmişdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər