Azərbaycanın dövlət büdcəsində 51 milyon manatlıq kəsir

Azərbaycanın dövlət büdcəsində 51 milyon manatlıq kəsir




















Komitə məlumat yaydı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 13 milyard 874,1 milyon manat, xərcləri 13 milyard 925,3 milyon manat təşkil edib, büdcənin icrasında 51,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,1%-i qədər kəsir yaranıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilib.

“Daxilolmaların 19,1%-i əlavə dəyər vergisi,13,9%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,4%-i fiziki şəxslərin gəlir vergisi, 3,9%-i aksizlər, 7,2%-i digər vergilər, 49,5%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 39%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsi, 11,5%-i sosial müdafiə və sosial təminat, 8%-i təhsil, 3,7%-i səhiyyə sahələri, 37,8%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib”, - deyə komitədən qeyd edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər