ABŞ-ın daha bir şəhərində 28 May Azərbaycan Günü elan edildi

ABŞ-ın daha bir şəhərində 28 May Azərbaycan Günü elan edildi















ABŞ-ın Pitsburq şəhərinin meri Uilyam Peduto Azərbaycan Demokratik Respublikasının 101-cü ildönümü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.
Bəyannamədə 1918-ci il mayın 28-də müsəlman şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub.

Sənəddə bildirilib ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddəti ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda, sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən sovetlər birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan son 28 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Bəyannamədə 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi və Azərbaycan Demokratik Respublikasının 101 illiyinin qeyd olunması ilə əlaqədar mayın 28-də Pitsburqda və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən milli gün olaraq qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı qeyd edilir.

Sonda şəhərin meri Uilyam Peduto imzaladığı bəyannamədə 2019-cu il 28 may tarixini Pitsburqda Azərbaycan Günü elan edib.

Qeyd edək ki, Pitsburq şəhəri ABŞ-ın ən tarixi aparıcı mədəniyyət və iqtisadi mərkəzlərindən biri sayılır.

ABŞ-ın daha bir şəhərində 28 May Azərbaycan Günü elan edildi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər