Bu avtobusların hərəkət sxemində dəyişiklik edilib – SXEM

Bu avtobusların hərəkət sxemində dəyişiklik edilib – SXEM















Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 216 nömrəli müntəzəm marşrut xəttinin son dayanacaq məntəqəsi dəyişdirilib. Sabahdan 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Balaxanı Sənaye Parkınadək hərəkət edəcəklər.

Bununla da Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin və həmin ərazidə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi təmin ediləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər