Azərbaycan şou-biznesinin ən varlı müğənniləri: 5 evi, 5 maşını, 3 bağ evi…

Azərbaycan şou-biznesinin ən varlı müğənniləri: 5 evi, 5 maşını, 3 bağ evi…














Azərbaycanın və Dağıstanın əməkdar artist Ədalət Şükürov lent.az-ın canlı yayımında qonaq olub.

Müğənni müsahibəsində şou-biznesin “ən varlı siması” adlandırılmasına münasibətini bildirib:

“Şou əhlinin nəyə görə mənim adımı çəkdiklərini bilmirəm. Ədalət Şükürovun 2 evi, 1 bağı, 3 avtomobili varsa, bununla məni varlı hesab edirlərsə, olsun. Şou-biznesdə məndən də imkanlıları var. Müğənni var ki, onun 5 evi, 5 avtomobili, 3 dənə də bağı var. Biz halal pulumuzu qazanırıq. Heç kim Ədalət Şükürova əbəs yerə pul vermir. Nə də kimdənsə rüşvət götürmürəm. Müğənnilər heç kimdən pul oğurlamır, nə də kiməsə yalvarmır ki, onu toya çağırsınlar. İfaçılar oxuyur, pul qazanır. Yəni kabinetdə oturub, pul qazanmırıq. Bu bizim halal pulumuzdu. O qazandığımız pulla nə istəsək ala bilərik.

İmkan nəyə deyirsiz? İldə 3 dəfə ailəsi ilə birgə xaricdə dincələn, 5 ildən bir avtomobilini dəyişən… Məsələn mən 5 ildən bir avtomobilimi dəyişirəm. Bu normal şeydir”.

İfaçı şou-biznesin ən varlı müğənnilərinin adlarını açıqlayıb: “Mənim üçün imkanlı Cavanşir Məmmədovdur. Onun avtomobilləri olanda mənim maşınım yox idi. Müğənni Rüfət Axundov da imkanlıdır. Çox işgüzar, mədəni, tərbiyəlidir. Müğənnilər içində ona hörmət eləməyən yoxdur. Əsas odur ki, müğənnilər içində hörmət qazanasan. Əgər müğənniyə həmkarı hörmət edirsə, demək ki, yaxşı insandır. Sonra Vasif Məhərrəmlini də bu siyahıya yazmaq olar. Maşını var, inşallah bağı da olacaq. Ondan başqa müğənni Xəyyam Nisanov. Elə bilirsiniz ki, Moskvaya get-gəl etmək asandır? Əziyyət çəkir, halal pulunu qazanır, avtomobil alır. Kimsə buna başqa cür yanaşırsa, bu düzgün deyil. Müğənnilər əziyyətlə qazanır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər