“Barselona”dan Arda Turan üçün şok təklif

“Barselona”dan Arda Turan üçün şok təklif















İcarə əsasında “Başakşəhər”də çıxış edən Arda Turanla bağlı yeni xəbər yayılıb.

Fanat.Az İspaniyanın “Sport” qəzetinə istinadən xəbər verir ki, “Barselona” futbolçunu “Qalatasaray”a təklif edib. Ardanın Kataloniya klubu ilə daha bir illik müqaviləsi var. “Barselona” rəhbərliyi onu heyətinə qaytarmağı düşünmür və bu səbəbdən transfer haqqı tələb etmədən “Qalatasaray”a təklif edib.

“Barselona”dan Türkiyəyə qayıdarkən doğma klubuna yox, “Başakşəhər”ə üz tutması səbəbindən azarkeşlərin hədəfinə çevirilən futbolçu bir müddət əvvəl açıqlamasında “Qalatasaray” mənim evimdi. “Qalatasaray”a qarşı heç zaman yalnış hərəkət etməmişəm. Kluba 13-14 milyon avro qazandıraraq getmişəm. Türkiyəyə dönəndə “Qalatasaray” məni istəmədi” demişdi.

Qeyd edək ki, “Qalatasaray” Ardanı 2011-ci ildə 13 milyon avroya “Atletiko”ya satıb. “Barselona” isə 4 il sonra onu 34 milyon avroya alıb. Cari mövsümdə “Başakşəhər”in heyətinlə 16 matça çıxan 32 yaşlı yarımmüdafiəçi 3 məhsuldar ötürmə edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər