Çempionlar Liqası: “Liverpul” və “Tottenhem” qələbə qazanıb – VİDEO

Çempionlar Liqası: “Liverpul” və “Tottenhem” qələbə qazanıb – VİDEO















UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə hər iki qarşılaşma İngiltərədə təşkil olunub. Üz-üzə gələn komandalardan 3-ü məhz bu ölkənin təmsilçiləri olub. Londondakı yeni və eyniadlı arenasında “Tottenhem” “Mançester Siti”ni qəbul edib.

13-cü dəqiqədə VAR sisteminə müraciətdən sonra təyin olunmuş penaltini qonaq komandanın futbolçusu Serxio Aqüero dəqiq yerinə yetirə bilməyib. Əvəzində 78-ci dəqiqədə meydan sahiblərinin cənubi koreyalı legioneri Son Hın Min fərdi ustalığı sayəsində dəqiq zərbə endirib. Bu qol sayəsində “Tottenhem” minimal hesablı qələbə qazanıb.


Gecənin digər qarşılaşmasında Premyer Liqanın lideri “Liverpul” Portuqaliya “Portu”sunu qəbul edib. Matçın taleyi elə ilk yarıda həll olunub. Nəbi Keyta 5-ci, Roberto Firmino isə 26-cı dəqiqədə fərqlənərək, meydan sahiblərinə inamlı qələbə qazandırıb.



1/4 final mərhələsinin daha iki ilk oyunu bu gün keçiriləcək. Hollandiyada “Ayaks” İtaliya “Yuventus”unu, İspaniyada isə “Barselona” İngiltərə “Mançester Yunayted”ini qəbul edəcək. Cavab görüşləri 16-17 apreldə olacaq.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

23:00. “Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) – 1:0

Qol: Son Hın Min, 78

Dəqiq yerinə yetirilməyən penalti: Serxio Aquero, 13 (“Mançester Siti”)

Baş hakim: Byorn Keypers (Hollandiya)

London. “Tottenhem” stadionu

23:00. “Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya) – 2:0

Qollar: Nəbi Keyta, 5. Roberto Firmino, 26

Baş hakim: Antonio Mateu Laos (İspaniya)

Liverpul. “Enfild” stadionu.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər