“Dalan” filmi erotik səhnəyə görə tənqid edildi — VİDEO

“Dalan” filmi erotik səhnəyə görə tənqid edildi — VİDEO














Nizami Kino Mərkəzində “Dalan” filminin premyerası baş tutub.
Ekran əsəri dram janrında lentə alınıb.

Filmdəki hadisələr bir-biri ilə tanış olan iki fərqli ailədə cərəyan edir. O ailələr ki, ər və arvad arasında problemlər var. Bu fərdlər kənardan xoşbəxt görünsələr də, qadına qarşı göstərilən diqqətsizlik, yalan, xəyanət və bunların fonunda baş tutan gizli sevgi qəhramanları “Dalan”a gətirib çıxarır.

Ekran işində aktrisa Sevinc Əliyeva və aktyor Ziya Ağanın bir neçə dəqiqəlik sevişmə səhnəsi isə izləyicilərin marağına və təəccübünə səbəb olub. Filmdə yer alan ehtiraslı kadrlar tamaşaçılar arasında ajiotaj yaradıb.

Bu isə sosial şəbəkələrdə geniş tənqidə səbəb olub. Bir çox sosial şəbəkə izləyici Azərbaycan filmlərində belə səhnələrə yer olmadığını bildirib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər