Bakıda ana və qızın evdə meyiti tapıldı – İntihar, yoxsa qətl? – Təfərrüat

Bakıda ana və qızın evdə meyiti tapıldı – İntihar, yoxsa qətl? – Təfərrüat














Suraxanı rayonunda ana və qızının asılmış meyiti tapılıb.

Oxu.az xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə martın 28-də, saat 12:30 radələrində baş verib. Meyiti tapılan şəxslər 40 yaşlı Saatlı sakini Qasımova Aidə Ələkbər qızı və onun 24 yaşlı qızı Qasımova Fatimə Daşqın qızıdır.

Hər ikisi bir neçə ay əvvəl kirayəyə götürdükləri evdə intihar edib.

Məlumata görə, ana və qızın meyitləri ölümdən beş gün sonra aşkarlanıb. İstintaq versiyasına görə, əvvəl qız özünü asıb, bunu görən ana dərdə dözə bilməyərək, eyni üsulla həyatına son qoyub.

Qeyd olunur ki, Fatimə Qasımova bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onların kirayə mənzilə köçmələri də boşanma ilə əlaqədardır. Prokurorluq bir neçə versiyanı nəzərdən keçirsə də, hələlik bu barədə məlumat verilmir.

Mərhumların yaxınları onu da iddia edir ki, onlar özlərini öldürməyib, öldürülüb və daha sonra intihar etdikləri mənzərəsi yaradılıb.

Suraxanı Rayon Prokurorluğu baş vermiş ikili intihar hadisəsini araşdırır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər