Arif Rəhimzadə: “Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması gündəliyə gələ bilər”

Arif Rəhimzadə: “Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması gündəliyə gələ bilər”














“Ölkə əhalisinin 22,8 faizi, yəni 2 milyon 263 min nəfərə qədəri Bakı şəhərində yaşayır”

“Azərbaycanda bələdiyyələrin səlahiyyətləri, onların öz fəaliyyətlərini qurmaları üçün bütün hüquqi normalar qanunvericiliklə müəyyənləşdirilib”.

Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirib. O qeyd edib ki, bələdiyyələr yarandıqları 20 il müddətində xeyli yol keçiblər: “Bu gün respublikada əhalinin rəğbətini qazanan, özünün müsbət fəaliyyəti ilə fərqlənən bələdiyyələr az deyil. Həqiqətən də müəyyən məsələlərdə bələdiyyələrin icra orqanlarından asılılığı var. Belə halların aradan qaldırılması istiqamətində lazımi iş aparılır. Yerli özünüidarəetmə sisteminin fəaliyyətində olan nöqsanlar Regional məsələlər komitəsi tərəfindən daim qabardılır, vəziyyətin düzəldilməsi üçün müvafiq işlər görülür. Qanunvericiliyə görə, bələdiyyələr ərazilərində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmayan ödəniş almalıdır. Lakin bu gün qanunvericiliyin bu tələbi heç də həmişə yerinə yetirilmir. Bu, yalnız bir misaldır. Bələdiyyələr bu məsələnin həllində aciz idilər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan son vaxtlara kimi hesab edirdi ki, bu kimi məsələlərin həlli onların səlahiyyətlərinə aid deyil, onlar yalnız nəzarət etməlidirlər. Halbuki inzibati nəzarətlə bərabər Bələdiyyələrlə İş Mərkəzi bələdiyyə üzvlərinin və qulluqçularının bilik səviyyəsinin artırılması, onlara metodiki yardım göstərilməsi və digər məsələlərin həlli ilə bağlı yaxşı fəaliyyət göstərir. Uzun mübahisələrdən sonra nəhayət, belə bir yekdil fikrə gəlindi ki, inzibati nəzarətlə bərabər, mərkəz tərəfindən bələdiyyələrin qanuni maraqları və mövqeyi müxtəlif instansiyalarda müdafiə olunmalıdır”.

A.Rəhimzadə təbliğat sahəsində çatışmazlıqların olduğunu da vurğuladı: “Bu gün yerli məsələlərin həllində üzərinə düşən işləri layiqincə yerinə yetirən bir çox bələdiyyələrin müsbət fəaliyyəti barədə cəmiyyətə lazımi məlumatlar verilmir və onların iş təcrübələrinin təbliği və tətbiqi sahəsində iş aparılmır. Bələdiyyələrin yaxşı işi geniş təbliğ olunmaqla əhaliyə çatdırılmalıdır. Bələdiyyə institutunun təbliği ilə bağlı televiziya kanallarının bu sahəyə diqqət yetirməsi Azərbaycanda yerli özünüidarəetmə sisteminin inkişafına köməklik edərdi. Bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılmasında bələdiyyə-vətəndaş münasibətlərindən də çox şey asılıdır. Gəlin açığını deyək, biz özümüz bələdiyyə qarşısında vəzifələrimizi bilirikmi və ona əməl edirikmi? Bələdiyyədən tələb edəndə bələdiyyə qarşısında vəzifələrimizi də unutmamalıyıq”.

Maraqlıdır, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmasına və merin seçilməsinə nə mane olur?

A.Rəhmizadə: “Bələdiyyə institutunun yaradılmasında əsas məqsəd ondan ibarətdir ki, bələdiyyə öz ərazisi daxilində əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll etsin. Bununla da dövlət idarəetmə sistemində əks mərkəzləşmə həyata keçirilsin. Hazırda Bakı şəhərinin 12 rayonunda 53 bələdiyyə fəaliyyət göstərir. Rəsmi statistikaya əsasən, ölkə əhalisinin 22,8 faizi, yəni 2 milyon 263 min nəfərə qədəri Bakı şəhərində yaşayır. Belə bir şəraitdə səlahiyyətlərin böyük bir hissəsinin hazırda Bakı Böyük Şəhər Bələdiyyəsində mərkəzləşdirilməsi düzgün olmazdı. Bakının şəhər, qəsəbə və kənd bələdiyyələri özlərini tam təsdiq etdikdən və yuxarıda qeyd etdiyim kimi, asılılıq girdabından azad olandan sonra Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması gündəmə gələ bilər”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər