ABŞ prezidenti “FED”i tənqid etdi: “Güclü dollar digər ölkələri bizimlə ticarət etməkdən çəkindirir”

ABŞ prezidenti “FED”i tənqid etdi: “Güclü dollar digər ölkələri bizimlə ticarət etməkdən çəkindirir”















ABŞ prezidenti Donald Tramp ölkənin Mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemini (FED adı ilə daha çox tanınır-red.) tənqid edib.

“Reuters”in verdiyi məlumata görə, Birləşmiş Ştatların dövlət başçısı güclü dolların ABŞ-ın digər ölkələrlə ticarətinə mane olduğunu söyləyib.

Donald Tramp FED-in sərt valyuta siyasətinin dolların möhkəmlənməsində ciddi rol oynadığını, lakin ABŞ-ın xarici ticarətdə rəqabətə qabiliyyətini aşağı saldığını bildirib.

“Bizdə FED-də bir centlmen var və güclü dollar onun çox xoşuna gəlir. Mən də güclü dollar istəyirəm, lakin həm də onun ölkə üçün faydalı olmasını arzulayıram. Milli valyutamızın indiki səviyyəsi isə bizə digər ölkələrlə iş qurmağa əngəl törədir,”-deyə prezident narazılığını ifadə edib.

Qeyd olunur ki, Tramp “FED-dən olan centlmen” adı altında Federal Ehtiyat Sisteminin İdarə Şurasının sədri, həmişə tənqid etdiyi Cerr Pauelli nəzərdə tutub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər