“Nəsimi oxudu dərisini soydular, Afətə isə 240 minlik maşın verildi” – Ələkbər

“Nəsimi oxudu dərisini soydular, Afətə isə 240 minlik maşın verildi” – Ələkbər
















Meyxanaçı Ələkbər Yasamallı müğənni Afət Fərmanqızı ilə bağlı qalmaqallı açıqlama verib.

“Hər şey daxil” verilişinə qonaq olan ifaçı Afətin Nəsiminin “sığmazam” qəzəlinə mahnı oxumasını ələ salıb.

“Nəsiminin dərisini soydular nəsə verən olmadı. Afət oxudu 240 minlik maşın verdilər. O maşının salonu da Nəsiminin dərisindəndir” deyə Ələkbər bildirib.

Proqramın aparıcısı Tarix Əliyev (Tolik) isə “Afətə maşın almayıblar. Gedib avtomobilə baxıb, pulu çatmayıb almağa. Dostu onun çatmayan məbləğini ödəyib. Heç bir qeyrətli Azərbaycan oğlu, xanımı bu mahnıya görə maşın verməz” deyərək, ifaçını müdafiə edib.

Afət isə bu haqda sosial şəbəkədə paylaşım edib. O, pulun ona mahnıya görə verdiyini qeyd edib:

“Maşının çatmayan pulunu mahnıya görə mənə veriblər, əzizim Tolik. Şabaş kimi… Düşmənlərimin acığına verdilər. Maşın hamını gic edib”.

///Axşam.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər